Portuqaliyalı futbolçu Ronaldo amerikalı jurnalist Kris Morqana verdiyi müsahibəsində bildirib ki, Lionel Messi indiyə qədər onun rəqibi olmuş oyunçuların ən yaxşısıdır.

 Ronaldo deyib: “Messi fantastik oyunçudur. UEFA tədbirində mən onunla söhbətə başlayanda çoxları heyrətlənmişdi. Bəli, biz dost deyilik, amma yaxşı münasibətlrimiz var. Rəqabət bizi daha da yaxşılaşdırır”.

Ronaldo Portuqaliyanın Madeyra adasında anadan olub, amma futbolçu karyerasına Lissabonun “Sportinq” komandasında başlayıb. O, beş dəfə “Qızıl top” mükafatına layiq görülüb, beş dəfə Çempionlar Liqasının qalibi, İngiltərə, İspaniya və İtaliya çempionu olub. Hücumçu 2016-cı ildə Portuqaliya yığmasının heyətində Avropa birinciliyində qalib gəlib.