FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. 

Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.