Avrokuboklarda pley-off mərhələsinin cavab oyunları start götürüb.

Offsideplus.az-ın məlumatına görə, Çempionlar Liqasında 3 oyun baş tutub.

Bu qarşılaşmaların ardından UEFA reytinqində heç bir dəyişiklik olmayıb. Sadəcə, 5 ölkə - Yunanıstan, Serbiya, Xorvatiya, İsveçrə və Norveç xal ehtiyatını artırıb.

17,500 xalda və 26-cı pillədə qalan Azərbaycan isə 2,125-ni cari mövsümdə əldə edib.