İstanbulda İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilən UEFA Superkubokunun oyunu zamanı meydana azarkeş daxil olub.

Offsideplus.az xəbər verir ki, hadisə matçın 12-ci dəqiqəsində baş verib. Stadionun təhlükəsizlik xidmətinin 7 əməkdaşı tərəfindən meydandan kənarlaşdırılan şəxsin "Deli mi ne" Youtube kanalının sahibi Youtuber Fester Abdu olduğu müəyyənləşib.

"Liverpul" - "Çelsi" matçı 2-2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında sevinən tərəf isə "Liverpul" olub.