"Qalatasaray"ın seneqallı futbolçusu Mbaye Diagne şok etiraf edib.

Offsideplus.az xəbər verir ki, futbolçu Fransanın "L'Observateur" jurnalına açıqlamasında çoxarvadlı olduğunu və hazırkı həyat yoldaşının bunu bildiyini deyib. 
İtalyan komediyaçı Soumboulou Batili ilə evlənən və daha sonra boşanan 27 yaşındakı futbolçu keçmiş həyat yoldaşını aldatma iddialarını rədd edərək çoxarvadlı bir insan olduğunu söyləyib:
"Mən çoxarvadlıyam və indiki həyat yoldaşım Teresa Niutta bunu bilir. Onunla ilk evliliyimdən 4 il əvvəl tanış olmuşdum. Yəni mənim necə olduğumu, onu nə gözlədiyini yaxşı bilirdi. Onsuz da toyumuz İslam ənənələri çərçivəsində baş tutdu. O, seneqallı arvadlarımın olduğunu bilir. Bu çox açıq bir həqiqətdir. Ancaq Soumboulou, ya da başqa birisinin məni gözləməsini istəmirəm. Çünki mən məhdudiyyətləri arzu etmirəm".
Teresa Niutta ile ilgili görsel sonucu