Uruqvaylı hücumçu Luis Suarez Amerika kubokunda Çili ilə oynadığı matçında özündən söz etdirməyi bacarıb.

Offsideplus.az xəbər verir ki, rəqibin cərimə meydançasında vurduğu zərbə qapıçının əlinə dəyərək meydandan çıxıb. "Barselona"nın ulduz oyunçusu isə hakimə əl toxunuşu işarəsi edərək penalti gözləyib. Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə və dünya mediasında gündəmə damğa vurub.

Oyun Uruqvayın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.