Premyer Liqada çıxış edən "Stok Siti"nin futbolçusu Saido Berahino 14 fevral Sevgililər Günündə nişanlısı tərəfindən evində model Çelsi Lovelake ilə tutulub.

Offsideplus.az xəbər verir ki, futbolçu və model Dubayda iki gün keçirdikdən sonra birlikdə geri dönüblər. Futbolçunun nişanlısı Sepaniya Kristoforou isə futbolçunu modellə birlikdə öz evində yataqda yaxalayıb.
 
Saido Berahino-Sepaniya Kristoforou
 
"Daily Mail" qəzetinin məlumatına görə, Sepaniya Kristoforou nişanlısı ilə birlikdə yaşadığı evin qarşısına gələrək qışqırmağa başlayıb və daha sonra evə girərək onları birlikdə tutub.