Futbol üzrə İspaniya yığmasının oyunçusu Alvaro Moratanın mənzili qarət edilib

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Qeyd edilir ki, hadisə futbolçu AVRO-2020-nin seçmə mərhələsində keçirilən matçda olan zaman baş verib. Belə ki, silahlı cinayətkarlaridmançının evinə soxulublar. Qarətçilər evdən bahalı əşyalaroğurlayıblar.

Məlumatda bildirilir ki, futbolçunun xanımı və övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib. 

Daha əvvəl Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb.