Müqavilə ilə "Real"a məxsus olsa da, icarə əsasında "Bavariya"da çıxış edən Xames Rodriges yeni sevgilisini hər kəsə göstərib.

Münhen klubunun çempionluq tədbirinə model Şannon de Lima ilə birlikdə qatılan kolumbiyalı ulduz iddiaları təsdiq edib.
 
 
Rodrigesin Şannon de Lima ilə birlikdə olması barədə xəbərlər bir müddətdir mətbuatda çıxırdı. Amma cütlük indiyədək bu barədə heç bir açıqlama verməmişdi.
Qeyd edək ki, Rodriges Daniela Ospina evli olub və cütlük 2017-ci ildə boşanıb. Şannon de Lima isə məşhur müğənni Mark Antoni ilə sevgili olub.
 






















Fanat.Az