Təqaüdə çıxdığını bildirən qaydayıs döyüş üzrə idmançı Conor Mcgregor müsəlman idmançı Həbib Nurməhəmmədov və həyat yoldaşı haqqında sərt sözlər deyib.

Offsideplus.az xəbər verir ki, Həbib Nurməhəmmədov dünyaca məşhur Mcgregoru qəfəs döyüşündə nakaut edərək adını dünyaya tanıtmışdı. Rusiya vətəndaşı olan müsəlman idmançı oyunu qazandıqdan sonra qəfəsdən atlayaraq irlandiyalının komandasına hücum çəkmişdi. Oyunun ardından Həbib “Hər kəs mənim qəfəsdən atlamağım barədə danışır. Amma dinimi, ailəmi təhqir edənlərdən heç kim danışmır.

Bu hadisədən aylar sonra Mcgreqordan bir skandal yenidən gəlib. Hər şey Həbib Nurməhəmmədovun Mcgregorun şübhəli şəkildə təqaüdə çıxmasından danışması ilə başlayıb. Həbib bu barədə “buraxdığını düşünmürəm. Conor “səndən ayrılıram” deyib, daha sonra geri dönən qısqanc qadınlara bənzəyir” sözlərini deyib.

Bu sözlərə qəzəblənən Conor rəqibinin həyat yoldaşını təhqir edən bu sözləri yazıb “Sənin həyat yoldaşın bir dəsmaldır”.

Daha sonra səhvini başa düşən Mcgregor 15 dəqiqə sonra bu tviti silib. Amma bu onun xəbər saytlarına düşməsinə mane olmayıb.

Mcgregor daha əvvəl Nurməhəmmədovun atasına, ölkəsinə və dininə qarşı təhqir edici sözlər işlətmişdi.(metbuat.az)

teh