Bir müddət millimizin qapıçısı Kamran Ağayevlə sevgili olması ilə gündəmə gələn müğənni Əminə Şirinqızı aparıcılıq edəcək.

Offsideplus.az  xəbər verir ki, “Meloman” adlanan proqram həftə içi beş gün, “Space” TV-də yayımlanacaq.

Verilişdə aparıcıdan əlavə, üç jurnalist və digər qonaqlar yer alacaq. Əminə Şirinqızı həm də “W-trio” qrupunun keçmiş solistidi.

Kamran bir müddət əvvəl bu haqda demişdi ki… “Xəbəri eşidib əsəbiləşdim. Mən tanıdığım Əminədirsə, onunla sevgili deyiləm, sadəcə aramızda dostluq münasibəti olub.

Təkcə Əminə deyil, o qədər müğənnilərlə dostluq edirəm ki... Oturub hardasa bir stəkan say içirik, o dəqiqə həmin müğənniləri sevgili adı ilə yapışdırırlar mənə. O deməkdi ki, oturub-durduğum bu müğənnilərin hamısı ilə sevgiliyəm? Ayıbdı e, vallah".