Yığmamızın hücumçusu Ramil Şeydayevin AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçda (1:2) vurduğu qol məşhur karikaturaçı Omar Momaninin də diqqətindən kənarda qalmayıb.

Offsideplus.az xəbər verir ki, o, bu dəfə məhz Şeydayevin DÇ-2018-in finalçısına vurduğu qolla bağlı karikatura hazırlayıb.

Omani əsərini sosial şəbəkədə paylaşıb və "All eyes on him again! Ay sağol Ramil Şeydayev" sözlərini yazıb.

Qeyd edək ki, Omani bundan əvvəl R.Şeydayevin Almaniyaya vurduğu qolu da təsvir etmişdi.