PSJ-nin futbolçusu Neymar sevgilisi ilə yollarını ayırıb.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, braziliyalı superulduz türkiyəli model Elif Aksu ilə vidalaşıb.

Futbolçunun son ad günü şənliyində birgə görünən cütlük yeni həyata yelkən açıb. Elif Aksu vaxt itirmədən özünə yeni sevgili də tapıb. Belə ki, onun bu günlərdə tanınmış döyüşçü Konor Maqreqorla birlikdə olduğu vurğulanır. Cütlük irlandiyalı idmançının Londondakı evində yaşayır.

Makqreqor 9 illik sevgilisi Rita Oradan ayrıldıqdan sonra bir müddət depressiyaya düşdüyünü bildirmiş və bəzi məğlubiyyətlərini bununla əlaqələndirmişdi.