"Beşiktaş"da çıxış edən Domaqoy Vidanın həyat yoldaşı İvana Vidanın "Instagram"dan etdiyi bir paylaşım Xorvatiyada qalmaqala səbəb olub.

Offsideplus.az xəbər verir ki, xidmətçisinin ona aid tşörtü məhv etdiyini qeyd edən xorvat gözəl "Necə bir xidmətçim var? Ən yaxşısı ona sahib olmamaqdır" yazıb.
İvana səhifəsində bir sorğu təşkil edərək xidmətçisini işdən qovub-qomamalı olması ilə bağlı izləyicilərinə sual verib.
Onun bu hərəkəti Xorvatiya mətbuatında və sosial mediada etirazla qarşılanıb. Köşə yazarları İvananı tənqid hədəfinə çevirib. 
Futbolçunun xanımı bundan sonra bir mesaj yayaraq üzr istəyiib: "Instagram"da etdiyim paylaşımın köşə yazılarına, manşetlərə mövzu olmasını gördükdən sonra Xorvatiyada önəmli və ciddi məsələlərin olmadığını anladığım üçün çox xoşbəxtəm. Bəlkə pis və uyğunsuz idi, amma mən sadəcə bir zarafat etmişdim. Mən duyğusal, açıq sözlü, dürüst bir insanam və hər kəsə bərabər münasibət göstərirəm. Xidmətçimdən razıyam və onunla yaxşı anlaşırıq".
 
 











 
Fanat.az