"Sumqayıt"ın "Maşın Sazi" klubundan 1,5 illik icarəyə götürdüyü Peyman Babayi örnək addım atıb.

Offsideplus.az xəbər verir ki, cənubi azərbaycanlı hücumçu Antalya toplanışından dönən kimi Şəhidlər Xiyabanını ziyarət edib. 24 yaşlı hücumçu "instagram" sosial şəbəkə hesabında bu sözləri qeyd edib: "Şəhidlərimizin izniylə Sumqayıt şəhərinə yollandım".