"Liverpul”un futbolçusu Məhəmməd Salahın sosial şəbəkələrdəki səhifələrini bağladığı barədə məlumat vermişdik. 

"Salah "reallıqda yaşamaq zamanıdır” yazaraq, "İnistaqram” və "Tvitter” səhifələrini bağlamışdı. 
Offsideplus.az xəbər verir ki, Məhəmməd 3 gün sonra "Tvitter”ə qayıtmalı olub.  Onu buna vadar edən isə puldur. O, poçt şirkəti DHL-in reklamını nümayiş etdirmək üçün "tvitter”ə qayıtmağa məcbur olub.  
Salah Premyer Liqada keçirdiyi 23 oyunda 16 qol vurub, 8 qol ötürməsi edib.