Son olaraq İngiltərənin “Mançester Yunayted” klubunda çalışan Joze Mourinyonun yeni iş yeri bəlli olub.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “beİN Sports”un Orta Şərq və Şimalı Afrikadan olan yayımlarında iştirak edəcək.

55 yaşlı mütəxəssis, Asiya futbol çempionatının qrup mərhələsi çərçivəsində yanvarın 17-də keçiriləcək Qətər - Səudiyyə Ərəbistanı və yanvarın 19-da baş tutacaq “Arsenal” - “Çelsi” oyunları üçün hazırlanacaq proqramda təhlillərini və şərhlərini izləyicilərlə paylaşacaq.

Bundan əvvəl Zlatan İbrahimoviç, Arsen Venger, Uelsli Sneyder, Yaya Ture kimi futbol adamları da “beİN Sports” ekranlarında yer alıb.