W-trio qrupunun keçmiş solisti, müğənni Əminə Şirin veriliş açır.

Offsideplus.az xəbər verir ki, Space telekanalında yayımlanacaq proqram "Meloman" adlanır. Həftə içi beş gün yayımlanan proqramda jurnalistlər və musiqi adamları qonaq olacaqlar.

Qeyd edək ki, Əminə Şirin bir müddət öncə futbol üzrə milli komandamızın əsas qapıçısı Kamran Ağayevlə sevgili olması xəbəriylə gündəmə gəlmişdi.