Məşhur aparıcı Melissa Satta "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti barədə gözlənilməz ifadələr səsləndirib.
Offsideplus.az "7 Piani"yə istinadən xəbər verir ki, fenomen bunları söyləyib:
"Karlo Ançelotti ilə liftdə qapanıb qalmaq istərdim. O, mənim kumirimdir. Ondan çox şey soruşmaq istərdim. Xüsusilə bilmək istərdim ki, bu qədər uğura necə nail olub".
Qeyd edək ki, Ançelottinin "Real"la indiki anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.