“Qalatasaray” klubunun argentinalı futbolçusu Mauro İkardinin başı yenə dərddədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı hücumçunun yenidən Vanda Naraya xəyanət etdiyi bildirilib.
Xəyanət iddiaları tərəflər arasında gərgin olan münasibəti daha da gərginləşdirib. Məsələ ilə bağlı açıqlama verən İkardi bildirib ki, o, evli və sadiq biridir. Xəyanət iddialarını rədd edən İkardi həyat yoldaşına sadiq qalacağını ifadə edib. Vanda Nara da İkardinin xəyanət iddiaları barədə danışıb. "Həyat sənə ağlayaraq yuxuya getdiyin bütün gecələrin mükafatını verəcək. Həmişə incindin və hələ də güvənməyə davam etdin. Həmişə məyus oldun və xəyal qurmağa davam etdin. Bir gün gələcək o qədər yaxşı iş görəcəyik ki, bu gün çatışmazlıq olsa belə bol-bol sahib olacağıq”,- Nara sosial media hesabında yazıb.
Bir neçə dəfə ayrılıb-barışan cütlüyün yenidən ayrılmağa hazırlaşdığı irəli sürülür.
Xatırladaq ki, bundan əvvəl də, tərəflər xəyanət iddialarına görə ayrılmışdı.