Futbolçuların qadın dostu, model, teleaparıcı, bloqer, biznesvomen Viktoriya Bonya. Rusiyada anadan olan, sonradan Fransaya köçən 41 yaşlı qadının adı zaman-zaman futbolçularla yanaşı çəkilib. Birinin xanımı onu yoldaşına qısqanıb, digəri eşq yaşamaq təklif edib, bir başqası...

Viktoriya “Sport-Ekspress” nəşrinə maraqlı müsahibə verib.

Offsideplus.az həmin müsahibədən sizlər üçün maraqlı ola biləcək hissəni təqdim edir.

- Futbolçulardan ən çox kiminlə ünsiyyətdə olursuz?

- Dibala ilə çox yaxınam. Sevgilisi ilə birgə koronavirusa yoluxanda hallarını soruşmuşdum. Belə vəziyyətlərdə insani keyfiyyətlər çox önəmlidir. Fellaini ilə də tez-tez danışıram. Amma söhbət uzun müddətli dostluqdan gedirsə, Droqbanın adını qeyd etməliyəm. Onunla uzun illərin dostlarıyıq.

- Maraqlıdır, dünya ulduzları ilə necə tanış olmusuz?

- Neymarla futbolla bağlı layihəmi həyata keçirəndə tanış olmuşdum. Mənim üçün dünyalar qədər önəmli olan layihədir, hər şeyimi onun üstünə qoymuşam. Həmin proqramda Kannavaro, Fiqu, Droqba da çəkilib. Hələ efirə getməyib, bir nəfər qəhrəman çatmır.

- Məsələn, Neymarla əlaqə qurmaq üçün nə etdiz?

- Neymara mesaj yazdım və ona belə bir layihənin olduğunu bildirdim. Sağ olsun, dərhal razılıq verdi. Açığı, o bunu Braziliyada etmək istəyirdi. Çünki vətənində özünün Futbol Akademiyası var. Bu dəfə mən razılıq verdim və Neymar məni evinə apardı.

375494837

- Neymar necə yaşayır?

- Mən orda olanda malikanəsində yaşayırdı. Poker oynamağı sevir, dostları çoxdur, partilər, səs-küylü gecələr...

- Malikanəsi çox böyük idi?

- Baxır siz “böyük” sözünü nə ilə müqayisədə işlədirsiz. Rusiya ölçüləri ilə götürsək, bəli, həddən artıq böyükdür.

- Başqa nə deyə bilərsiniz Neymar haqqında?

- Neymar əla oğlandır, sadəcə, bir problemi var. Həddən artıq şorgözdür, gözəl qadınların dəlisidir. Elə buna görə də müsahibə söhbəti vaxtı mənimlə söhbətdə özünü sevgilim kimi aparmağa cəhd edirdi. “Gəl, görüşək, filan yerə gedər” – bu tip təklifləri olurdu. Bilirəm ki, onu yaxına buraxmaqla işimə ziyan vurmuş olacaqdım. Bir insanla uzun müddət dostluq etmək istəyirsənsə, arada məsafə saxlamalısan.

- Nə əcəb Neymarla dostluqdan o tərəfə keçmək istəmədiniz?

- Həmin vaxt sevgilisi var idi. Bu isə mənlik deyil. Bir insana “sevgilim” deyirəmsə, o ancaq mənə məxsus olmalıdır.

26830723258af09a14eeac14626125df

- Azad biri olsaydı necə?

- Əvvəla, azad deyildi. İkincisi, mənim futbolçularla yaxın münasibətim olub. 20 yaşın varsa, istədiyin kimi yaşaya bilirsən. Amma övladın varsa, artıq hər şey başqa cür olur. Məşhurluq qazanmaq üçün hansısa məşhurla yatmaq mənlik deyil.

- Maraqlıdır, niyə məhz futbolçularla dostluq edirsiz? Xokkeyçilər də idmançı sayılır.

- Xokkeyin məskəni Rusiya və Kanadadır. Mən isə Avropada yaşayıram, harda ki, futbol daha populyardır.

- Kriştiano Ronaldo ilə görüşmək, danışmaq şansınız olub?

- Xeyr, heç vaxt. Amma böyük məmnuniyyətlə ondan müsahibə almaq istərdim. Gələcəkdə bunu mütləq həyata keçirəcəyəm. Bir dəfə Dibala məni “Yuventus”un matçına dəvət etmişdi. Yaşadığım Monakodan Turinə 2 saatlıq yoldur. Getdim və Ronaldonun necə oynadığını canlı izlədim. Həyatda onun necə sürətlə qaçdığını görəndə şoka düşmüşdüm. Böyük hərflərlə əsl peşəkardır!

- Futbolçularla bağlı yadında qalan maraqlı nə var?

- Bir dəfə Serxio Ramos “instaqram” səhifəmi izləməyə başlamışdı. Sonra nədəndə yoxa çıxdı.

- Niyə?

- Yəqin ki, xanımı var, ona görə. Sadəcə, izləyirdi, heç nə yazmamışdı mənə. Bir dəfə də “stori”də Ronaldonu görmüşdüm.

9a4d66068d41618ce652e03fcb4b7289

- Futbolla və ya futbolçularla bağlı ən axmaq hadisə danışa bilərsiniz?

- Fiqudan müsahibə alandan sonra həyat yoldaşı onu mənə qısqanmağa başlamışdı. Halbuki, “instagram”da ordan-burdan danışırdıq, başqa heç nə. Fiqu mənə görə nömrəsini dəyişdi. Daha doğrusu, xanımı onu məcbur etdi.

Bilmirəm niyə, amma futbolçuların xanımları məni görəndə... Anlamırlar ki, mən də münasibətdə oluram, həyatımda kimsə olur. Mən ulduz həvəskarı olmamışam, olmayacağam da. Mənim üçün bütün insanlar eynidir. Neymar olsun, ya olmasın – mənim vecimə deyil.

- Çox futbolçuyla öpüşmüsünüz?

- Xeyr. Ancaq öz istəyimlə olub, həmin insanla yaxşı mənada nəyəsə ümid edəndə.

- 2009-da “Spartak”lı Vellitonla görüşürdünüz. Hələ də əlaqəniz var?

- Xeyr, neçə ildir danışmırıq.

452659