Lionel Messinin xanımı Antonella Rokkuzo Luis Suaresin "Barselona"nı tərk etməsi ilə bağlı paylaşım edilib.

Offsideplus.az xəbər verir ki, onun "instagram" hesabında ən yaxın rəfiqəsi hesab etdiyi Suaresin xanımı Sofia Balbini işarələyərək etdiyi paylaşım diqqətləri çəkib.

Rokkuzonun sözləri Sofianı kədərə boğub. Suarezin "Barselona"dan getməsinə çox məyus olduğunu bildirən Antonella Rokkuzo bununla bağlı deməyə söz tapmadığını yazıb. 

Rəy bölməsində ona cavab verən Sofia Balbi rəfiqəsinin bu sözlərindən sonra göz yaşlarını saxlaya bilmədiyini deyib.

Qeyd edək ki, Messi və Suaresin ailəvi münasibətləri futbol dünyasında ən yaxın dostluq kimi qiymətləndirilir.