Misli Premyer Liqasının 22-ci turunda keçirilən "Səbail" - "Zirə" matçından (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib. 

Offsideplus.az xəbər verir ki, "CBC Sport" telekanalına danışan mütəxəssis görüşlə bağlı bunları deyib:

"Bu gün "Səbail" qələbəyə daha çox layiq idi. Rəqibdə oyun planında hər şey yaxşı alınırdı. Əvvəl keçirilən üç turdan fərqli olaraq, bu gün zəif oynadıq. Bu da öz növbəsində  oyunun nəticəsinə təsir etdi".

Çalışdırıcı qapı mövqeyində Anar Nəzirova şans verməsi ilə bağlı da danışıb:

"Mehdi Cənnətov "Qəbələ" ilə oyunda inamsız çıxış etmişdi. Buna görə də qapı mövqeyində dəyişiklik etməyə qərar verdik".

Mütəxəssis məğlubiyyətin səbəbləri barəsində isə bunları söyləyib:

"Buraxılan qollar baxsaq görərək ki, ya top elə bir küncə gedir ki, qapıçımız buna reaksiya verə bilmir, ya da öz qolkiperimizin səhfindən epizod qapımızda qolla nəticələnir. Bu gün rəqibin 1-ci qolu elə oldu. Futbolun içində olur belə şeylər. Buna hazır olmalıyıq.

Rəşad Sadıqov yeni transfer Eldar Quliyevin durumu haqqında da fikirlərini bildirib:

"Növbəti turlarda yavaş-yavaş ona şans verməyə başlayacağıq. Amma tam hazır olması üçün 1-1.5 ay vaxt lazım olacaq.