"Turan Tovuz" yeni transferi Tərlan Quliyevin Offsideplus.az-a müsahibəsi...

- "Turan Tovuz"a keçidin necə alındı?

- Mövsüm bitdikdən sonra "Turan Tovuz"dan təklif gəldi və mən də qəbul etdim.

- "Şamaxı" ilə müqavilə uzatmamağının səbəbi nə oldu?

- "Şamaxı"dakı problemləri hər kəs bilirdi. Komandadakı məşqçilərin sözünün kəsəri yox idi. Heç kim dəqiq bir şey demirdi. Mən özüm də bildirdim ki, məşqçiləri məni komandada istəmir. Şükürlər olsun, oradan ayrılmaq barədə doğru qərar verdim. 

- Tovuz təmsilçisi ilə 1 illik müqavilə bağladın. Təəssüratların necədir?

- Tərifəlayiq baş məşqçinin rəhbərliyi altında çıxış edəcəyik. 9 ildir Premyer Liqada çıxış etməməyinə baxmayaraq, "Turan Tovuz" köklü kollektivdir. Təlim-məşq toplanışını Bakıda keçsək belə, azarkeşlər bizə dəstək olur. İnanıram ki, Tovuzdakı hər oyunda anşlaq olacaq.

- "Turan Tovuz"la yanaşı, adın "Kəpəz"lə də hallanırdı. Gəncə təmsilçisisindən rəsmi təklif almışdın?

- Düzdür, "Kəpəz"dən də təklif var idi. Danışıqlarımız da olmuşdu. 2-3 düşündükdən sonra "Turan Tovuz" variantını seçdim.

- Bəs başqa Premyer Liqa klubları ilə danışığın olmuşdu?

- Mövsüm başa çatdıqdan sonra yalnız "Turan Tovuz" və "Kəpəz"lə danışıqlar aparırdım.

- Xarici klublardan təkliflər var idi?

- Türkiyə klublarının məni istəməsi barədə yerli mediadan məlumat oxuyurdum. Amma rəsmi təklif olmayıb.

- "Turan Tovuz" 9 ildən sonra Premyer Liqaya qayıtdı. Yeni mövsümdə komandanın hədəfləri nə olacaq?

- Yeni mövsüm üçün hədəfimiz mübariz və yaxşı komanda qurmaqdır. Hazırda kollektivdir yenidir. Hədəfimiz meydana çıxdığımız bütün oyunlarda müsbət nəticə qazanmaqdır.

- Komandanın böyük büdcəsi olmayacaq. Səncə, kiçik büdcə ilə nəsə bacarmaq olacaq?

- Tam hədəf qoymamışıq. Sadəcə, meydanda olduğumuz zaman yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, Tovuz azarkeşlərini hər zaman sevindirək.

Cavid Əliyev