Qaydasız döyüş üzrə "Rizin 20"-in qalibi və kəmər sahibi Tofiq Musayev "Offside Sport Media" və İFL-in (İnternational National League) suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı idmançı karyerasından, qazandığı uğurlardan bəhs edib. Tofiq Musayev "Rizin" döyüşlərinin MMA-dan geri qalmadığını da bildirib. 

Qaydasız döyüşün Azərbaycanda ən tanınmış nümayəndəsi müharibə şəraitində ölkənin hər bir vətəndaşının döyüşməyi yaxşı bacarmalı olduğunu vurğulayıb.

Həmin müsahibəni diqqətinizə çatdırırıq: