"Real" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, "kral klubu" "Çelsi"nin almaniyalı müdafiəçisi Antonio Rudigerlə şəxsi razılıq əldə edib. Bu barədə jurnalist "Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb. Lakin rəsmi müqavilə imzalanmayıb.

Mənbəyə görə, sözləşmənin uzunmüddətli olacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildən "zadəganlar"da çıxış edir.