Rafael Leao mövsümün sonunda "Milan"ı tərk edəcək.

 Offsideplus.az "İndosport.com"a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu "Mançester Siti"yə keçməyə yaxındır. "Barselona"nın da transfer siyahısında olan portuqaliyalı İngiltərədə çıxış etməyə müsbət yanaşır. Onun "rossonneri"lə hazırkı sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, 2019-dan "Milan"da forma geyinən oyunçu bu mövsüm 37 matçda 12 qol və 6 məhsuldar ötürmə edib. O, Portuqaliya yığmasıyla da 5 oyunda oynamaq şansı əldə edib.