"Barselona"nın futbolçusu Samuel Umtiti Fransaya qayıda bilər.

 Offsidepılus.az "Diario sport"a istinadən xəbər verir ki, "Lion" 28 yaşlı oyunçunu yenidən komandaya qaytarmaq niyyətindədir. Kataloniya klubunda forma şansı tapa bilməyən müdafiəçinin hazırkı sözləşməsi 2026-cı ildə yekunlaşır.

Qeyd edək ki, Umtiti 2016-cı ildə "Lion"dan "Barselona"ya keçib.