"Zirə"nin sabiq futbolçusu Velves Santos karyerasını Estoniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı "sambaçı" icarə əsasında "Nomme Kalyu" forması geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, brazilyalı orta sahə oyunçusu mövsüm ilk yarısında "qartallar"da çıxış edib. O, müqavilə əsasında Ukraynanın "Lvov" klubuna məxsusdur.