"Barselona" "Çelsi"nin futbolçusu Antonio Rüdigeri heyətinə qatmaqda israrlıdır.

Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 29 yaşlı müdafiəçinin meneceri ilə danışıqlar aparıb. London təmsilçisi ilə olan müqaviləsi bu yay başa çatacaq olan oyunçunun İspaniya nəhənginə keçmək ehtimalı daha böyükdür. 

Bildirək ki, Rüdigerlə "Real" və PSJ də yaxından maraqlanır.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən "zadəganlar"da çıxış edir.