"Barselona" yayda "Yuventus"u tərk edəcək Paulo Dibalayla maraqlanır.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı argentinalı oyunçunu mövsümün sonunda azad agent olaraq heyətində qatmaq istəyir. Lakin hücumçunun adı "Atletiko", "Milan" və "İnter"lə hallanır.

Bildirək ki, Dibala Turin rəhbərliyi ilə yeni müqavilə şərtlərində razılaşa bilməmişdi.

Qeyd edək ki, o, 2015-ci ildə "Palermo"dan "qoca sinyora"ya keçib.