Gürcustan millisinin futbolçusu Xviça Kvaratsxeliya təhdid olunub. 

Offsideplus.az  xəbər verir ki, bu barədə “Match TV" məlumat yayıb.Hazırda milli düşərgəsində olan  21 yaşlı oyunçu çıxış etdiyi Rusiyanın "Rubin" klubuna qayıtmaya bilər.

Belə ki, yarımmüdafiəçi  Ukraynaya hərbi təcavüzə görə ölkəsi tərəfindən Rusiyaya getməməsi üçün təhdid edilib.

Qeyd edək ki, Xviçanın atası Badri Kvaratsxeliya Azərbaycan millisində çıxış edib.