"Barselona"nın futbolçuları Jerar Pike və Serjino Dest sıradan çıxıb.

 Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçu dünən gecə Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qalatasaray"la ( 2:1 ) oyunda zədələnib. Onların bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu da hər iki müdafiəçinin "Real"la keçiriləcək "El-Klasiko"da  olmaması deməkdir.

Qeyd edək ki, "Real" - "Barselona" matçı martın 20-də baş tutacaq.