"Barselona"dan ayrılacağı gölənilən Uusman Dembele barədə daha bir iddia ortaya atılıb.

 Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, PSJ 24 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. Mövsümün sonunda Kataloniya klubu ilə sözləşməsi başa çatacaq olan oyunçu azad agent olaraq Paris klubuna keçəcək.

Qeyd edək ki, fransalı futbolçu 2017-ci ildən İspaniya nəhəngində top qovur.