Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstan kubokunu qazanıb.

 Offsideplus.az xəbər verir ki, yığmanın kapitanı qazanılan bu qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb: “Bu, mövsümdə ikinci uğurumuzdur. Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq”.