Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstan kubokunu qazanıb.
Offsideplus.az xəbər verir ki, yığmanın kapitanı qazanılan bu qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb: “Bu, mövsümdə ikinci uğurumuzdur. Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq”.
Ayşən qeyd edib ki, komandası bununla kifayətlənmək fikrində deyil: “Vaşaş” hər zaman iştirak etdiyi yarışlara qalib gəlmək üçün qatılır, hər matçda ən gözəl oyun nümayiş etdirməyə çalışır. Fikrimcə, bu istək sayəsində iki uğura imza atmışıq. İlk olaraq MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olduq, indi isə Macarıstan kuboku qazandıq. Qarşıda bizi çempionat oyunları gözləyir. İnanıram ki, bu matçlarda da qələbə qazanaraq üçüncü hədəfimizə də çatacağıq”.