"Barselona" "Milan"da çıxış edən Rafael Leaonu heyətinə qatmaq niyyətindədir.

 Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı portuqaliyalı oyunçunun meneceri də olan Xorxe Mendeşlə bu barədə danışıqlar aparır. "Rossonyeri"lərlə hazırkı sözləşməsi 2024-cü ildə başa çatacaq olan oyunçunun Kataloniya klubuna keçməyə istəkli olduğu bildirilib.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm 31 oyunda 11 qol və 6 məhsuldar ötürmə edib.