"Real" heyətini "Liverpul"un məşhur futbolçusu Sadio Mane  ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid klubu 2022 və ya 2023-cü ilin yazında bu transferi reallaşdırmaq niyyətindədir. Seneqallı oyunçunu Mersisayd təmsilçisi ilə sözləşməsi 2023-cü ildə yekunlaşır.

Qeyd edək ki, 2016-cı ildən "Liverpul"dan çıxış edən Sane ümumilikdə, 247 matçda 108 qol və 44 məhsuldar ötürmə edib.