PSG-nin hücumçusu Edinson Kavani eyni ampulada çıxış edən Neymar və Mbappe ilə münasibətlərinin normal olduğunu deyib.

Offsideplus.az xəbər verir ki, uruqvaylı mətbuatda yayılan xəbəri təkzib edib: “Yola getmədiyimiz barədə deyilənlər yalandır. Hər ikisi ilə normal münasibətim var. Düzdür, bəzi matçlarda problem olub. Amma bu aramızda fikir ayrılığının olması demək deyil. Ümid edirəm ki, birlikdə əla mövsüm keçirəcəyik”.

Xatırladaqki, ötən il matçların birində Kavani ilə Neymar arasında mübahisə olub. Hücumçular cərimə zərbəsini və penaltini kimin vurmalı olduğunu ayırd etmək istəyiblər. Hətta həmin oyundan sonra braziliyalı və uruqvaylı soyunub-geyinmə otağında dalaşıblar. Deyilənlərə görə, həmin vaxt Neymar PSG rəhbərliyindən Kavaninin satılmasını xahiş edib. (Goal.az)