Çempionlar Liqasının qrup mərhələsində Brugge-nin qonağı olan Monaco səfərdən 1 xalla dönüb – 1:1.

Offsideplus.az məlumatına görə, bununla da knyazlıq klubunun bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 12-yə yüksəlib. Ardıcıl 5 məğlubiyyətdən sonra Monaco  heç-heçə edə bilib. Komandanın bu mövsüm yeganə qələbəsi Liqa 1-in ilk turunda Nantes-la görüşə (3:1) təsadüf edir.