PSG-nin və Uruqvay millisinin hücumçusu Edinson Kavani klubdan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, gələn il parisliləri tərk edə bilər. 31 yaşlı futbolçu klubda ona göstərilən münasibətdən narazıdır. Həmçinin Kavani hesab edir ki, Neymar və Mbappe meydanda ona oynaması üçün şərait yaratmaq istəmir. Uruqvaylının klubla müqaviləsi 2020-ci ildə başa çatacaq. Əvvəllər Kavani ilə Real və Atletico-nun mraqlandığı deyilirdi.
 Hücumçu bu mövsüm Fransa çempionatında 6 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edıb. PSG tarixinin ən yaxşı bombardiri hesab olunur.