Jardimlə yollayını ayıran Monaco-nun yeni məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, gözlənildiyi kimi bu posta Tierri Anri təyin olunub.

41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb

Anri karyerası ərzində Monaco-nun formasını geyinib.

Xatırladaq ki, Monaco mövsümə uğursuz başlayıb. Fransa çempionatında 9 turdan sonra cəmi 6 xal toplayan komanda turnir cədvəlinin 18-ci pilləsini tutur. Fransa klubu çempionlar liqasının qrup mərhələsində iki dəfə məglub olub. Klubun tarixində 1973-cü ildən belə zəif nəticə qeydə alınmayıb.