Atletico-nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann PSG-nin forvardı Kilian Mbappedən danışıb.

Offsideplus.az xəbər verir ki, fransız millidə komanda yoldaşı olan Kilianı Kriştiano Ronaldo ilə müqayisə edib. “Kilian mənə Ronaldonu xatırladır. Portuqaliyalı Manchester United-də oynayanda kifayət qədər qol vururdu. Onun bu qabiliyyəti komandanı irəli aparırdı. Peal-da forma geyinəndə də belə idi. Mbappe gənc olsa da, istedadlıdır. Əlinə düşən qol vəziyyətlərindən istifadə edə bilsə, mövsümdə 50 qol vura bilər. Buna gücü çatar”, - deyə Qrizmann bildirib.

Mbappe bu mövsüm ölkə çempionatında 5 oyunda iştirak edib. 8 qol vurub, 3 məhsuldar ötürmə edib.