PSG-nin hücumçusu Kilian Mbappe Fransa çempionatında Lyon-la oyunda 4 qol vurub.

Offsideplus.az xəbər verir ki, hücumçu Paris klubunun tarixində poker edən 7-ci oyunçu olub. Əvvəllər Neymar, Edinson Kavani, Zlatan İbrahimoviç, Kristiano, Patrisu Loko və Karlos Byanki PSG-nin heyətində buna nail olub.

19 yaş 9 aylıq Mbappe poker edən ən gənc hücumçu kimi tarixə düşüb. Fransız ölkə çempionatında 45 ildən sonra ən tez qeydə alınan poker müəllifi sayılır. 4 qol vurmaq üçün Mbappeyə cəmi 13 dəqiqə bəs edib.