Kilian Mbappe PSJ klubunun ona göstərdiyi təzyiqlərdən danışıb.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi mövsümün əvvəlində Kiliana qəti şəkildə oynamayacağını bildirib:
"PSJ üzümə qəddarcasına dedi ki, bu mövsüm məni oynatnayacaqlar. Luis Enrike və Luis Kampos məni xilas etdi. Bu, həqiqətdir".
"Nəhayət rahat nəfəs ala bilirəm. İndi yeni klubum var deyə PSJ-də xoşbəxt olmadığımı desəm, doğru olmaz. Lakin bəzi insanlar və şeylər vardı ki, məni məmnun etmirdi".
Qeyd edək ki, "Paris Sen-Jermen"i azad agent olaraq tərk edən Kilian Mbappe "Real Madrid" klubu ilə 5 illik müqavilə bağlayıb.