PSJ qış transfer dönəmində heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Lassana Diarra Paris klubu ilə anlaşıb.
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolçu bu gün PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvünün yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Lassana Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi nəhəng klubların formasını geyinib.