PSJ-nin hücumçusu Kilian Mbappe bu yay "Real"a keçməklə və ya parislilərlə yeni uzunmüddətli müqavilə imzalamaqla karyerasının inkişafını kökündən dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, onun gələcəyi ilə bağlı Fransada Paris təmsilçisinin azarkeşləri arasında sorğu keçirilib.

Belə ki, səsvermədə iştirak edən futbol fanatlarının 74 faizi Mbappenin PSJ-dən getməsini onun üçün müsbət nəticələnəcəyini güman edir.