"Liverpul"un sabiq futbolçusu və məşqçisi Albert Rieranın yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, o, Fransa Liqa-2-də mübarizə aparan "Bordo"ya baş məşqçilik edəcək. 41 yaşlı mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Albertin məşqçi heyətində fransalı mütəxəssislər Pablo Remon Arteta və Xulian Ximenez də yer alacaq.
"Bordo" Albert üçün yad klub deyil. Çünki o, 2003-2005-ci illərdə bu komandada oynayıb.