PSJ-nin sağ cinah vingeri Xavi Simons Avropa nəhənglərinin "radar"ına düşüb.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, 20 yaşlı futbolçu ilə İngiltərənin "Mançester Siti" və İspaniyanın "Barselona" klubu maraqlanır.

Hər iki klub sözügedən oyunçu üçün təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Xavi Simons hazırda icarə əsasında "Leypsiq"də çıxış edir.