Fransanın PSJ klubunun yarımmüdafiəçisi Marko Asensio ayağından aldığı zədə səbəbindən ən azı sentyabrın sonuna kimi komandasına kömək etməyəcək.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Liqa 1-də Marsel “Olimpik”i və “Klermon”la oyunları, həmçinin, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund) ilə matçı buraxacaq.
27 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.